İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Hesablama Palatasının strukturu dəyişir

Hesablama Palatasının strukturunun dəyişdirilməsi nəzərdə tutulur. LEQAL XƏBƏR məlumat verir ki, bu barədə palata məlumat yayıb. Bildirilib ki, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib. İclasda kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə kollegiya

7 baxış 3 dəq

Hesablama Palatasının strukturunun dəyişdirilməsi nəzərdə tutulur.

LEQAL XƏBƏR məlumat verir ki, bu barədə palata məlumat yayıb.

Bildirilib ki, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib. İclasda kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə kollegiya qərarlarının icra vəziyyəti barədə məlumat verilib, bəzi qurumlar üzrə monitorinqin aparılması ilə bağlı təkliflər irəli sürülüb.

Sonra hüquqi aktlarda, o cümlədən Əmək Məcəlləsində həyata keçirilmiş dəyişikliklərin kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsində, habelə Hesablama Palatasının cari fəaliyyətində nəzərə alınması ilə bağlı təqdimatlar edilib.

Daha sonra Hesablama Palatasında həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub, dəyişikliklərin qurum qarşısında duran vəzifələrin icrasında önəmindən bəhs olunub. Müzakirələr zamanı kollegiya üzvləri və struktur bölmə rəhbərləri müvafiq fikir və təkliflər irəli sürüblər.

Sədr qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətli icrası, o cümlədən nəzarət tədbirləri üzrə qurumların icra etmədiyi və qismən icra etdiyi tədbirlərin icrasının təmin olunması üçün fəaliyyətlərin sürətləndirməsi ilə bağlı kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Xəbəri paylaş Dostlarınıza göndərin