İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

HANSI NÖV OYUNCAQLAR UŞAQLAR ÜÇÜN TƏHLÜKƏLİDİR?

LEQAL XƏBƏR məlumat verir ki, rəngarəng və cəlbedici oyuncaqlar uşaqların diqqətini çəksə də, mütəxəssislər valideynləri seçim zamanı məhsulun keyfiyyətinə və təhlükəsizliyinə xüsusi diqqət yetirməyə çağırırlar. Pediatr Bahar Cəbrayılovanın sözlərinə görə, bəzi keyfiyyətsiz plastik oyuncaqların

11 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, rəngarəng və cəlbedici oyuncaqlar uşaqların diqqətini çəksə də, mütəxəssislər valideynləri seçim zamanı məhsulun keyfiyyətinə və təhlükəsizliyinə xüsusi diqqət yetirməyə çağırırlar.

Pediatr Bahar Cəbrayılovanın sözlərinə görə, bəzi keyfiyyətsiz plastik oyuncaqların tərkibində ftalatlar, qurğuşun və digər ağır metallar ola bilər.

Həkim valideynlərə mənşəyi məlum olmayan, kəskin kimyəvi qoxusu olan, rəngi əllərə çıxan və tez qırılan oyuncaqlardan uzaq durmağı tövsiyə edib.

Onun sözlərinə görə, uşaq oyuncaqla təmasdan sonra davamlı qusma, qarın ağrısı, güclü halsızlıq və davranışında kəskin dəyişikliklər göstərərsə, dərhal həkimə müraciət edilməlidir.

Respublika Sanitariya-Karantin Mərkəzindən bildirilib ki, oyuncaqların kimyəvi, toksikoloji və mikrobioloji göstəriciləri laboratoriyalarda yoxlanılır. Hazırda plastik oyuncaqlarla bağlı aparılan müayinələr zamanı təhlükəsizlik göstəriciləri baxımından uyğunsuzluq aşkarlanmayıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə qeyd edilib ki, insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizlik tələbləri müəyyən edilən mallar, o cümlədən oyuncaqlar məcburi sertifikasiyadan keçməlidir.

Məlumata görə, uyğunluq sertifikatı olmayan məhsulların Azərbaycanda satılması və istifadəsi qadağandır.

Agentlikdən həmçinin bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, ölkədə sahibkarlıq subyektlərində yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılıb.

Bu müddət ərzində yalnız insanların həyatı və sağlamlığına, dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara ciddi təhlükə yaradan hallar barədə əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama aparıla bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin