İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Hamilə tələbənin təhsilini davam etdirməsinə hansı maneələr yarandı?

Azərbaycan Dillər Universitetinin üçüncü kurs tələbəsi Xəyalə Xudayarova hamiləliklə əlaqədar yaşadığı ciddi sağlamlıq problemlərinə görə akademik məzuniyyətə çıxmaq istəyib. Lakin tələbənin sözlərinə görə, universitet onun ilk müraciətinə imtina cavabı verib. Leqal Xəbər Baku TV-yə istinadən

10 baxış 3 dəq

Azərbaycan Dillər Universitetinin üçüncü kurs tələbəsi Xəyalə Xudayarova hamiləliklə əlaqədar yaşadığı ciddi sağlamlıq problemlərinə görə akademik məzuniyyətə çıxmaq istəyib. Lakin tələbənin sözlərinə görə, universitet onun ilk müraciətinə imtina cavabı verib.

Leqal Xəbər Baku TV-yə istinadən məlumat verir ki, Xəyalə Xudayarova toksikozdan əziyyət çəkdiyi üçün dərslərdə iştirak edə bilmədiyini və davamiyyətsizliyə görə fənlərdən kəsildiyini bildirib.

Tələbə müraciəti zamanı həkim arayışını və digər zəruri sənədləri də təqdim etdiyini deyib:

"Ərizəmi və bütün zəruri sənədləri universitetin əsas korpusuna təqdim etdim. Hamiləlik zamanı toksikozdan əziyyət çəkdiyim üçün həkimdən aldığım tibbi arayışı da sənədlərə əlavə etdim. Lakin mənə bildirildi ki, hamiləlik və toksikoz keçərli səbəb deyil. Müraciətimə baxılması ləngidildi və nəticədə ilk ərizəmə imtina cavabı verildi".

Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinə müraciət edilib. Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, tələbə ilk ərizəsində soyadını səhv yazıb. Daha sonra ikinci ərizəsini təqdim edib və ona akademik məzuniyyət verilib.

Xəbəri paylaş Dostlarınıza göndərin