İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Gürcüstanda Azərbaycanla bağlı yalan məlumat yayan jurnalist saxlanıldı

Gürcüstanda nəşr olunan populyar "Asaval-Dasavali" qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze Gürcüstan-Azərbaycan sərhədinin Keşikçidağ (David Qareci) monastır kompleksinin yerləşdiyi hissəsi barədə dərc etdiyi materiallara görə vətənə xəyanətdə günahlandırılaraq saxlanılıb. Leqal Xəbər

8 baxış 3 dəq

Gürcüstanda nəşr olunan populyar "Asaval-Dasavali" qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze Gürcüstan-Azərbaycan sərhədinin Keşikçidağ (David Qareci) monastır kompleksinin yerləşdiyi hissəsi barədə dərc etdiyi materiallara görə vətənə xəyanətdə günahlandırılaraq saxlanılıb.

Leqal Xəbər məlumat verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu rəsmi məlumat yayıb.

"2026-cı ilin fevral ayından başlayaraq Domenti Çubinidze müxtəlif media orqanları və sosial platformalar vasitəsilə mütəmadi olaraq yalan, eləcə də dezinformasiya xarakterli məlumatlar yayıb. O, uydurma faktlar əsasında iddia edib ki, Gürcüstanın baş nazirinin qonşu ölkə ilə imzaladığı gizli razılaşmaya əsasən, David Qareci monastır kompleksinin bir hissəsi Azərbaycana təhvil verilib", - deyə məlumatda bildirilir.

Prokurorluqdan həmçinin izah edilib ki, dövlət sərhədi qonşu ölkələr arasında beynəlxalq müqavilə və ya saziş yolu ilə müəyyənləşdirilir və daha sonra parlament tərəfindən təsdiqlənir. Eyni zamanda, sərhəd məsələləri ətrafında danışıqların aparılması yalnız sərhədin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyasının müstəsna səlahiyyətinə aiddir.

"Sərhədin müəyyənləşdirilməsi və təsdiqi üzrə hökumət komissiyasının mandatı daxilində David Qareci monastır kompleksinin aid olduğu ərazi ilə bağlı bu günə qədər heç bir razılaşma əldə edilməyib. Qeyd olunan rəsmi prosedur baş nazirin hər hansı bir ərazini başqa dövlətə verməsi ehtimalını hətta nəzəri baxımdan da istisna edir", - deyə açıqlamada bildirilir.

Hazırda Çubinidzeyə qarşı sabotaj və vətənə xəyanət maddələri ilə rəsmi ittiham irəli sürülüb. O, təqsirli bilinərsə, dörd ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilər.

Gürcüstanda Azərbaycanla bağlı yalan məlumat yayan jurnalist saxlanıldı

Xəbəri paylaş Dostlarınıza göndərin