İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Cümə axşamı və cümə günləri Günəşdə gücünə görə sondan əvvəlki - M sinfinə aid olan alışmaların baş verəcəyi ehtimal olunur. Bu barədə Tətbiqi Geofizika İnstitutundan TASS-a məlumat verilib. Məlumata görə, sentyabrın 3-ü və 4-də Günəşdə alışma aktivliyi, əsasən, aşağı səviyyədədir, lakin M

8 baxış 3 dəq

Cümə axşamı və cümə günləri Günəşdə gücünə görə sondan əvvəlki - M sinfinə aid olan alışmaların baş verəcəyi ehtimal olunur.

Bu barədə Tətbiqi Geofizika İnstitutundan TASS-a məlumat verilib.

Məlumata görə, sentyabrın 3-ü və 4-də Günəşdə alışma aktivliyi, əsasən, aşağı səviyyədədir, lakin M sinfindən olan alışmalar mümkündür.

Daha əvvəl də bildirildiyi kimi, çərşənbə günü axşam saatlarında Günəşdə güclü alışma qeydə alınıb.

Rentgen şüalarının intensivliyinə əsasən, Günəşdəki alışmalar beş əsas sinfə bölünür: A, B, C, M və X. Ən zəif hesab edilən A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovatt şüalanma gücü ilə xarakterizə olunur. Hər növbəti hərflə işarələnən sinfə keçid zamanı bu güc on dəfə artır. Bu cür alışmalar əksər hallarda Günəş plazmasının kütləvi tullantıları ilə müşayiət edilir ki, həmin plazma buludları Yer planetinə çatdığı təqdirdə geomaqnit qasırğalarına səbəb ola bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin