LEQAL XƏBƏR verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə açıqlamasında məlumat yayıb.
Bildirilib ki, həmin tarixlərdə Günəş səthində aktivliyin aşağı və orta səviyyədə olacağı, eyni zamanda X sinfinə aid güclü alışmaların baş verməsi istisna edilmir.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X siniflərinə bölünür. X sinfi ən güclü alışmalar hesab olunur və Günəş plazmasının kosmosa atılması ilə müşayiət oluna bilər. Bu plazma buludları Yerə çatdığı zaman geomaqnit qasırğalarının yaranmasına səbəb ola bilər.![]()