LEQAL XƏBƏR məlumat verir ki, Göyçay rayonunda üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
