İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

GÖYÇAYDA TUFAN TƏSƏRRÜFATA VƏ EVLƏRƏ ZƏRƏR VURUB

LEQAL XƏBƏR məlumat verir ki, Göyçay rayonunda ötən gün axşam saatlarında baş verən güclü tufan rayon ərazisində ciddi fəsadlara səbəb olub. Məlumata görə, güclü külək və leysan yağışları nəticəsində bir sıra irigövdəli ağaclar kökündən qoparaq aşıb. Eyni zamanda bəzi yaşayış evlərinin dam

10 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Göyçay rayonunda müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlara səbəb olub.

Məlumata görə, Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən iri gövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətində ciddi çətinliklər yaranıb.

Güclü külək həmçinin Yeniarx kəndini elektrik enerjisiz qoyub, bir neçə fərdi yaşayış evi və yardımçı tikilinin dam örtüklərinə ziyan vurub.

Bundan başqa, bir vətəndaşa məxsus minik avtomobili də aşıb yıxılan ağacın altında qalaraq zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda ərazidə bərpa işləri aparılır, dəymiş ziyanın həcmi isə dəqiqləşdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin