Gəncədə avtomobil təmiri sexində kişi meyiti aşkarlanıb.
LEQAL XƏBƏR APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən avtomobil təmiri sexlərindən birində qeydə alınıb.
Məlumata görə, 1988-ci il təvəllüdlü şəhər sakini Ə.Əliyevin meyiti sexdə aşkar edilib.
Bildirilir ki, dünyasını dəyişən şəxs avtomobil ustası kimi fəaliyyət göstərib.
Onun ölüm səbəbi hələlik məlum deyil.