İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

GƏNCƏDƏ 30 MANATA GÖRƏ QƏTL

Gəncədə qəsdən adam öldürmədə təqsirləndirilən Yaqub Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib. Şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılır. Qeyd edək ki, 2024-cü il yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif

11 baxış 3 dəq

Gəncədə qəsdən adam öldürmədə təqsirləndirilən Yaqub Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, 2024-cü il yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürmesi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kesici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürmesine əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda cinayet işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Məlumata görə, Vasif Həsənov Gəncədə kirayəyə xeyir-şər çadırı verməklə məşğul olub. Yaqub Həsənovun kirayə avadanlıqla bağlı mərhuma 230 manat məbləğində borcu yaranıb. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Mübahisənin tərəflər arasında məhz bu səbəbdən düşdüyü və Vasif Həsənovun k3s!c! alətlə q3tl3 yetirildiyi iddia edilir.

Gəncə Ağır Cinayetlər Məhkəməsinin hökmü o, 17 il müddətə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilib, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayetlər Məhkəməsinin hökmü dəyişdirilib və o, 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası 22 000 manat maddi ziyan tələbi hissəsində qismən, 4 986.71 manat məbləğində təmin olunub.


Xəbəri paylaş Dostlarınıza göndərin