Gəncədən Leqal Xəbər-ə şikayət daxil olub.
Şəhər sakini, sərnişin Arzu Ağayeva GəncəBus-a məxsus( BakuBus Gəncə) avtobusların intervalı və sürücülərlə bağlı narazılığını bildirib.
Sərnişinin sözlərinə görə, 16 saylı avtobus(marşrut xətti) dəmiryol yol vağzalında xüsusi xətləmə ərazisi olduğu halda, sərnişinlərə uyğun olmayan yerdə dayanır. "Dəfələrlə iradlar bildirsək də, sürücülər öz istədikləri kimi davranırlar. Axı əgər qayda-qanunla avtobus dayanacağı varsa, əlverişli yerdə sərnişin düşə bilirsə, yaşlı insanları niyə incidirlər."
Səlahiyyətli şəxslərin qarşı tərəf olaraq fikirlərini ictimailəşdirməyə hazırıq.