LEQAL XƏBƏR verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.
Nəticədə Azər Şahmuradov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.
Qəsəbə sakinlərinin iddiasına görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsi səbəb olub. Lakin bu məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.
Faktla bağlı araşdırma aparılır.