Leqal xəbər məlumat verir ki, Milli Məclisin plenar iclasında insan alverinə qarşı mübarizə ilə bağlı illik hesabat müzakirə olunur. Hesabatı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.
Məlumata görə, sənəddə 2025-ci ildə Azərbaycanda insan alverinə qarşı aparılan mübarizə tədbirləri, görülən əməliyyatlar və əldə olunan nəticələr əks olunub. Deputatlar hesabat ətrafında müzakirələr aparırlar.