İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Gender Hub Azerbaijan-ın “Çəhrayı oktyabr”ı…Ölkədə 18 mindən çox süd vəzi xərcəngli qadın var

Gender Hub Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Süd vəzi xərçəngi ilə mübarizə ayı” kampaniyası başa çatıb. Hilton Baku otelində kampaniyanın yekun tədbiri olub. Tədbirdə çıxış edən təşkilatının icraçı direktoru Məryəm Məcidova məlumat verib ki, layihə qadınlar üçün ödənişsiz süd vəzi

11 baxış 3 dəq

Gender Hub Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Süd vəzi xərçəngi ilə mübarizə ayı” kampaniyası başa çatıb. Hilton Baku otelində kampaniyanın yekun tədbiri olub. Tədbirdə çıxış edən təşkilatın icraçı direktoru Məryəm Məcidova məlumat verib ki, layihə qadınlar üçün ödənişsiz süd vəzi xərçəngi müayinələrinin, o cümlədən mammoqrafiya xidmətlərinin dövlət tərəfindən qarşılanmasının təşviqi və bu istiqamətdə advokasiya tədbirlərinin həyata keçirilməsi məqsədi daşıyıb.

Qeyd olunub ki, hər il 1-31 oktyabr tarixləri dünyada süd vəzi xərçəngi ilə mübarizə və qadın sağlamlığına dair məlumatlılığın artırılması məqsədilə “Çəhrayı Oktyabr” kimi qeyd olunur. Milli Onkologiya Mərkəzinin 2025-ci ildə açıqladığı məlumata əsasən, ölkədə süd vəzi xərçəngi diaqnozu ilə 18639 nəfər qeydiyyatdadır. Lakin real göstəricilərin daha yüksək olduğu ehtimal edilir, çünki bir çox hallarda diaqnoz gec qoyulur və ya ümumiyyətlə qeydiyyata düşmür. Bundan əlavə, ictimai stiqma, iqtisadi asılılıq və “ailə icazəsi”nin tələb olunması kimi amillər Azərbaycanda qadınların erkən diaqnostika, keyfiyyətli müalicə və qayğıya çıxışını məhdudlaşdıraraq ölüm riskini artırır. Məlumat verilib ki, kampaniya çərçivəsində təşkil edilən 3 məlumat sessiyası vasitəsilə 150-dən çox qadına birbaşa mövzu ilə bağlı məlumat verildiyi, həmçinin maarifləndirmə miqyasını genişləndirmək məqsədilə 100-ə yaxın poliklinikada məlumatlandırıcı posterlərin yerləşdirildirilib.

Tədbirdə tərəfdaş qurumların, dövlət və özəl müəssisələrin nümayəndələri, millət vəkilləri, səhiyyə işçiləri, gender bərabərliyi və qadın hüquqları üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçiləri, həmçinin süd vəzi xərçəngi ilə mübarizə təcrübəsi olan və hazırda müalicə alan şəxslər iştirak edib.

Tədbirdə rəsmi şəxslərdən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Dmitro Şlapaçenko, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə çıxış ediblər. Həmçinin blogger Xanım Əziz xəstəliklə mübarizəyə dair ilhamverici şəxsi hekayəsini iştirakçılarla bölüşüb.

Daha sonra Aysel Zahidqızının moderatorluğu ilə keçirilən “Süd vəzi xərçəngi ilə mübarizədə erkən aşkarlama, psixoloji dəstək və cəmiyyətin rolu” başlıqlı panel müzakirə təşkil edilib. Panelist qismində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin Rəhbəri Dr. Hande Harmancı, ATU-nun onkologiya kafedrasının dosenti, Onkoloji klinikanın baş həkimi, cərrah mammoloq-onkoloq Tamara Quliyeva və ATU-nun onkologiya kafedrasının dosenti, Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının (ASVXMA) təsisçisi və prezidenti Həqiqət Vəliyeva çıxış ediblər.

İnteraktiv sual-cavab sessiyasında iştirakçılar mütəxəssislərə süd vəzi xərçəngi, erkən diaqnostika, tibbi və psixoloji dəstəklə bağlı suallarını ünvanlanlayıblar. Xərçənglə mübarizədə qalib gələn xanımlar uğur hekayələrini paylaşıblar.






Xəbəri paylaş Dostlarınıza göndərin