Bakı–İstanbul və əks istiqamətdə uçuşların cədvəlində dəyişiklik yoxdur. LEGAL XƏBƏR məlumat verir ki, bu barədə AZAL-dan bildirilib. Qeyd olunub ki, uçuşlar müəyyən edilmiş cədvəl üzrə həyata keçirilir.
Xatırladaq ki, İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 43 təyyarə alternativ aeroportlara yönləndirilib.