Leqal xəbər məlumat verir ki, Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, gənclərin fəaliyyətinin gücləndirilməsi dinc və davamlı gələcək üçün ən vacib investisiyalardan biridir. O vurğulayıb ki, gənclərin potensialından düzgün istifadə edilməsi cəmiyyətin inkişafında mühüm rol oynayır.
Nazirin sözlərinə görə, gənclərin beynəlxalq layihələrdə və ictimai təşəbbüslərdə aktiv iştirakı onların gələcək imkanlarının genişlənməsinə şərait yaradır. O qeyd edib ki, dövlət tərəfindən gənclərin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir.