LEQAL XƏBƏR məlumat verir ki, Fransa millisinin Mərakeş üzərində qələbəsindən sonra gözlənilən iğtişaşlar baş verməyib.
2022-ci il dünya çempionatının yarımfinalında bu komandalar arasında keçirilən oyundan sonra yaşanan hadisələri nəzərə alan Fransa hökuməti təhlükəsizlik tədbirlərini gücləndirib.
Bildirilib ki, ölkə üzrə küçələrdə asayişin qorunması üçün 20 min polis və jandarm xidmətə cəlb olunub. Onlardan 8 mini paytaxt Parisdə xidmət aparıb.
Təhlükəsizlik tədbirləri həm Mərakeş azarkeşlərinin mümkün etiraz aksiyaları, həm də ifrat sağçı qrupların onlara qarşı hücum ehtimalı ilə bağlı kəşfiyyat məlumatları əsasında görülüb.
Qeyd edək ki, DÇ-2026-nın 1/4 final mərhələsində Fransa millisi Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu nəticə ilə Mərakeş komandası dünya çempionatında mübarizəni dayandırıb.![]()