İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Fransadakı iğtişaşlara görə minə yaxın şəxs saxlanılıb

Fransanın hüquq-mühafizə orqanları qiymət artımına qarşı etiraz aksiyaları zamanı yaranan iğtişaşların yatırılması gedişində minə yaxın adamı saxlayıb. Leqal Xəbər BFMTV-yə istinadən məlumat verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes brifinqdə bildirib. "Bu gün biz yenidən

11 baxış 3 dəq

Fransanın hüquq-mühafizə orqanları qiymət artımına qarşı etiraz aksiyaları zamanı yaranan iğtişaşların yatırılması gedişində minə yaxın adamı saxlayıb.

Leqal Xəbər BFMTV-yə istinadən məlumat verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes brifinqdə bildirib.

"Bu gün biz yenidən son dərəcə yüksək səviyyədə zorakılıqla üzləşdik, saxlanılanların sayı artıq min nəfərə yaxınlaşır", - nazir bildirib.

Onun sözlərinə görə, bu, ölkənin bir çox şəhərlərində etirazların iğtişaşlara və qarətlərə çevrildiyi 17 oktyabrda olduğundan nəzərəçarpacaq dərəcədə çoxdur. Nazir etiraf edib ki, bu gün də az sayda mağaza talan olunub.

Bununla yanaşı, Nunyes yalnız ilkin məlumatlara malik olduğunu etiraf edib və xatırladıb ki, ötən şənbə günü eyni vaxtda 300 zərərçəkmiş mağaza barədə məlumat verilib, halbuki növbəti günün ortalarına doğru onların sayı artıq 3 minə çatıb.

"Bu gün axşam, görünür, vəziyyət tamamilə fərqlidir və əlbəttə ki, buna sevinmək lazımdır. Mən buna görə daxili təhlükəsizlik qüvvələrinə təşəkkür edirəm", - o yekunlaşdırıb.

Şənbə günü, oktyabrın 24-də bütün Fransada həmkarlar ittifaqı və tələbə hərəkatlarının iştirakı ilə kütləvi nümayişlər keçirilib. DİN-in məlumatına görə, aksiyalarda 410 min nəfər iştirak edib, halbuki CGT həmkarlar ittifaqı onların sayının 800 min nəfərə çatdığını hesab edir.

Xəbəri paylaş Dostlarınıza göndərin