Leqal xəbər məlumat verir ki, Fransada “sərxoş marallar mövsümü”nün başladığı bildirilib.
Məlumata görə, ağaclardan tökülərək qıcqıran meyvələri yeyən marallar az miqdarda spirtin təsiri altına düşür. Bu isə heyvanların davranışına və hərəkətlərinə təsir göstərir.
Nəticədə maralların qəfil yollara çıxaraq sürücülər üçün təhlükə yaratdığı qeyd olunur. Sürücülərə daha diqqətli olmaları tövsiyə edilib.