İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Fransada minimum əməkhaqqı 1500 avroya çatacaq

Fransa hökuməti yaşayış xərclərinin artmasına qarşı keçirilən etirazlara cavab olaraq minimum əməkhaqqını artıracaq. Leqal Xəbər Oxu.Az-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sebastyan Lekornyu bildirib. Onun sözlərinə görə, həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndələri ilə

16 baxış 3 dəq

Fransa hökuməti yaşayış xərclərinin artmasına qarşı keçirilən etirazlara cavab olaraq minimum əməkhaqqını artıracaq.

Leqal Xəbər Oxu.Az-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sebastyan Lekornyu bildirib.

Onun sözlərinə görə, həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndələri ilə keçirilən görüşlərdən sonra tam iş günü çalışanlar üçün minimum aylıq əməkhaqqının dekabrın 1-dən etibarən 1.6% artırılaraq 1 502 avroya (2 860 manat) çatdırılması qərara alınıb.

Lekornyunun sözlərinə görə, bu, son 20 ildə qeydə alınan ikinci ən böyük artım olacaq.

Lakin Fransanın radikal solçu CGT həmkarlar ittifaqının rəhbəri Sofi Bine minimum əməkhaqqının bu qədər artırılmasını kifayət hesab etməyib. O, noyabrın 17-də növbəti tətilə çağırıb və əməkhaqlarının 10% artırılmasını tələb edib.

Biznes birlikləri isə gözlənildiyi kimi, bu qərara qarşı çıxıblar. Onların fikrincə, minimum əməkhaqqının artırılması məşğulluğa mənfi təsir göstərə bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin