İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Fransada internet istifadəçilərini əlavə xərc gözləyir

Fransa parlamentinin aşağı palatasının deputatları "Google", "Netflix", "Amazon" və "Meta" kimi iri şirkətlərin internet trafikindən vergi tutulmasını nəzərdə tutan təklifi dəstəkləyiblər. Leqal Xəbər bildirir ki, bu barədə "Le Figaro" qəzeti

13 baxış 3 dəq

Fransa parlamentinin aşağı palatasının deputatları "Google", "Netflix", "Amazon" və "Meta" kimi iri şirkətlərin internet trafikindən vergi tutulmasını nəzərdə tutan təklifi dəstəkləyiblər.

Leqal Xəbər bildirir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, deputatlar sosialist deputat Loran Lardinin "Netflix", "Meta" və "Google" kimi rəqəmsal məzmun istehsalçılarının vergiyə cəlb edilməsini nəzərdə tutan təklifini qəbul ediblər.

Təklifə əsasən, fiziki şəxslərə ötürülən hər giqabayt internet trafikinə görə 5.5 avrosent vergi tutulacaq. Məlumatların izlənilməsi və müvafiq informasiyanın dövlət orqanlarına ötürülməsi Fransa telekommunikasiya operatorlarına həvalə ediləcək.

Verginin tərəfdarları bu tədbirin dövlət büdcəsinə potensial olaraq 10 milyard avro gəlir gətirə biləcəyini bildirirlər.

Sosialistlərin təklifi hökumətin tövsiyəsinin əksinə olaraq, parlamentin təxminən 580 deputatından cəmi 30-nun iştirak etdiyi iclasda qəbul edilib. Təklifin lehinə 11, əleyhinə isə 10 deputat səs verib.

Nəşrin məlumatına görə, hökumət təklifin daha çox deputatın iştirak edəcəyi iclasda yenidən müzakirəyə çıxarılmasını tələb edə bilər. Bundan sonra təşəbbüs parlamentin yuxarı palatası olan Senat tərəfindən də təsdiqlənməlidir.

Xəbəri paylaş Dostlarınıza göndərin