Leqal xəbər məlumat verir ki, Avropanı bürüyən anomal istilər Fransada insan itkisinə səbəb olub. Məlumata görə, ölkədə yüksək temperatur nəticəsində azı 7 nəfər həyatını itirib.
Fransa meteoroloji xidməti son günlər temperaturun rekord həddə çatdığını bildirib. Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər üçün təhlükə səviyyəsinin artdığı qeyd olunur.