İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Əfqanıstanda sel fəlakəti: 40-dan çox insan ölüb

Əfqanıstanın şərq bölgələrində leysan yağışlarının səbəb olduğu daşqın və sel fəlakəti nəticəsində 40-dan çox insan həyatını itirib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində onlarla insan

9 baxış 3 dəq

Əfqanıstanın şərq bölgələrində leysan yağışlarının səbəb olduğu daşqın və sel fəlakəti nəticəsində 40-dan çox insan həyatını itirib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb, itkin düşənlər də var.

Sel yaşayış evlərinə, ictimai binalara və ticarət obyektlərinə ciddi ziyan vurub. Hazırda dəymiş ziyanın miqyası qiymətləndirilir.

BMT-nin humanitar qurumları tərəfdaş təşkilatlarla birlikdə zərərçəkənlərin ehtiyaclarını müəyyənləşdirir və yardım planı hazırlayır.

İlkin mərhələdə sakinlərin müvəqqəti sığınacaq, ərzaq, tibbi xidmət, ilkin tələbat vasitələri və psixososial dəstəklə təmin olunması nəzərdə tutulur.

Fəlakət bölgələrinə səyyar həkim briqadaları göndərilib, səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib. Əlavə dərman preparatları, müalicəvi qidalar və ərzaq məhsullarının çatdırılması da həyata keçirilir.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi yerli hakimiyyət orqanları ilə birgə əhaliyə yardım göstərir. Bildirilir ki, dağılmış yollar və mürəkkəb dağlıq relyef xilasetmə və humanitar əməliyyatların aparılmasını çətinləşdirir.

Xəbəri paylaş Dostlarınıza göndərin