İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

FERMERLƏRİ SEVİNDİRƏCƏK XƏBƏR: NAZİR AÇIQLADI

Leqal Xəbər məlumat verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində aqrar sahədə nəzərdə tutulan yeniliklər barədə danışıb. Nazir Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib ki, proqramın əsas

6 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində aqrar sahədə nəzərdə tutulan yeniliklər barədə danışıb.
Nazir Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib ki, proqramın əsas istiqamətlərindən biri torpaq ehtiyatlarından daha səmərəli istifadə olunmasıdır. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq sahələrinin birləşdirilməsi mexanizmlərinin tətbiqi planlaşdırılır.
Onun sözlərinə görə, qanunvericiliyə ediləcək dəyişikliklər nəticəsində torpaqların konsolidasiyası üçün hüquqi baza formalaşdırılacaq və pilot layihələrin uğurlu nəticələrinə əsasən bu təcrübə daha geniş ərazilərdə tətbiq ediləcək.
Məcnun Məmmədov qeyd edib ki, fermerlərin maliyyə imkanlarının artırılması məqsədilə “Məhsul şəhadətnaməsi haqqında” qanunun qəbul edilməsi də nəzərdə tutulur. Bu mexanizm kənd təsərrüfatı məhsullarının girov kimi istifadə edilməsinə şərait yaradacaq və fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdıracaq.
Nazirin fikrincə, həyata keçiriləcək islahatlar aqrar sektorun idarəetməsinin təkmilləşdirilməsinə, investisiya imkanlarının genişlənməsinə və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin