LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan Müdafiə Nazirliyi ordunun İran və Hindistandan əldə etdiyi hava hücumundan müdafiə sistemləri ilə keçirdiyi hərbi təlimlərin görüntülərini yayıb.
Məlumata görə, təlimlər zamanı İranın yaxınmənzilli “Əqrəb” (“Majid”) hava hücumundan müdafiə sistemi və Hindistanın ortamənzilli “Akash” sistemi nümayiş etdirilib.
İran istehsalı HHM sistemlərinin Ermənistan ərazisində nümayiş etdirilməsi İrəvanla Tehran arasında hərbi-texniki əməkdaşlığın davam etdiyini göstərir.
Ermənistanın bir tərəfdən Qərb ölkələri ilə hərbi və siyasi əlaqələrini genişləndirməsi, digər tərəfdən isə İranla müdafiə sahəsində əməkdaşlıq etməsi regionda diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.![]()