İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Ermənistanda iki rusiyalı hərbçi saxlanılıb

Ermənistanın Gümrü şəhərində Ukrayna vətəndaşını döyməkdə şübhəli bilinən iki rusiyalı hərbçi saxlanılıb. Leqal Xəbər bildirir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb. Zərərçəkmiş Ukrayna vətəndaşı Dmitri Samuelenko hüquq-mühafizə orqanlarına müraciət edərək Gümrü

14 baxış 3 dəq

Ermənistanın Gümrü şəhərində Ukrayna vətəndaşını döyməkdə şübhəli bilinən iki rusiyalı hərbçi saxlanılıb.

Leqal Xəbər bildirir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb.

Zərərçəkmiş Ukrayna vətəndaşı Dmitri Samuelenko hüquq-mühafizə orqanlarına müraciət edərək Gümrü şəhərinin Ani rayonunda iki rusiyalı hərbçinin onu döydüyünü bildirib. Hadisənin təxminən bir ay əvvəl baş verdiyi qeyd olunur.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, faktla bağlı bir qrup şəxs tərəfindən fiziki zorakılıq tətbiq edilməsi maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizası təyin edilib.

Gümrüdə yerləşən Rusiya hərbi bazasının iki hərbçisi yüngül bədən xəsarətləri yetirməkdə ittiham olunaraq həbs edilib. Hazırda onlar Ermənistanın penitensiar müəssisəsində saxlanılırlar.

Münaqişənin səbəbləri, o cümlədən rusiyalı hərbçilərin Ukrayna vətəndaşını nə üçün döydükləri hələlik məlum deyil.

Xəbəri paylaş Dostlarınıza göndərin