İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına dair qanunu imzalayıb. Sənəd "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə bağlıdır. Leqal Xəbər bildirir ki, bu barədə Ermənistan prezidentinin rəsmi

9 baxış 3 dəq

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına dair qanunu imzalayıb. Sənəd "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə bağlıdır.

Leqal Xəbər bildirir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, Vaaqn Xaçaturyan noyabrın 10-da Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.

Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh nizamlanması, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar.

Layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlandırılıb.

Oktyabrın 28-də Ermənistan parlamenti TRIPP layihəsi çərçivəsində ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişini ratifikasiya edib.


Xəbəri paylaş Dostlarınıza göndərin