İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ERMƏNİSTAN MALLARINA QADAĞA AZƏRBAYCAN ÜÇÜN RUSİYA BAZARINDA İMKAN YARADIB

LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan məhsullarının böyük hissəsinin Rusiyaya idxalına tətbiq edilən məhdudiyyətlərin Azərbaycan ixracatçıları üçün yeni imkanlar yaratdığı bildirilir. Erməni mediasına istinadən yayılan məlumatlara görə, Ermənistan məhsullarının Rusiya bazarından çəkilməsi

12 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan məhsullarının böyük hissəsinin Rusiyaya idxalına tətbiq edilən məhdudiyyətlərin Azərbaycan ixracatçıları üçün yeni imkanlar yaratdığı bildirilir.

Erməni mediasına istinadən yayılan məlumatlara görə, Ermənistan məhsullarının Rusiya bazarından çəkilməsi nəticəsində yaranan boşluqların bir hissəsi Azərbaycan və Gürcüstandan gətirilən məhsullar hesabına doldurulub.

Məlumata görə, ilin ilk yarısında Azərbaycanın Rusiyaya ixracı 3 faiz artaraq 608 milyon dolları ötüb.

Azərbaycanın Rusiya bazarına əsas ixrac məhsullarından biri pomidor olub. Altı ay ərzində Rusiyaya 136 min ton pomidor, ümumi dəyəri isə 164 milyon dollar olan məhsul tədarük edilib.

Çəyirdəkli meyvələrin ixracında da artım qeydə alınıb. İyun-iyul aylarında Azərbaycanın bu məhsullar üzrə Rusiyaya ixrac gəlirlərinin 40 milyon dolları keçdiyi bildirilir. Azərbaycan TIR-larının Rusiya istiqamətində gilas, albalı, nektarin və şaftalı daşınmasında artım müşahidə olunub.

Bundan başqa, ilin ilk yarısında Rusiyaya 39 milyon dollar dəyərində 48 min ton alma ixrac edilib. Məlumata görə, həcmin azalmasına baxmayaraq, qiymət artımı Azərbaycanın ixrac gəlirlərinin yüksəlməsinə səbəb olub.

Balıq və dəniz məhsulları seqmentində də Azərbaycanın Rusiya bazarındakı payının artdığı bildirilir. 2026-cı ilin əvvəlindən Rusiyanın Azərbaycandan dəniz məhsulları idxalının 43 faiz artdığı qeyd olunur.

Ermənistan şirələri, mineral suları və nektarlarının tədarükünün azalması fonunda isə Azərbaycan istehsalçılarının Rusiya supermarketlərində yeni mövqelər əldə etdiyi bildirilir. Azərbaycandan Rusiyaya hazır qablaşdırılmış məhsulların tədarükü 14 faiz artıb.

Tekstil sektorunda da Azərbaycan üçün yeni imkanların yarandığı qeyd olunur. Məlumata görə, Rusiya müəssisələrinin Azərbaycan pambığına marağı artır və Azərbaycan ipliyinin ixrac həcmi ilin ilk yarısında iki dəfə yüksəlib.

Beləliklə, Ermənistan məhsullarının Rusiya bazarına çıxışında yaranan məhdudiyyətlər fonunda Azərbaycan ixracatçılarının həmin bazarda mövqelərini genişləndirdiyi bildirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin