İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"Ermənistan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır"

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevməşhur fotoqraf Rza Deqatinin ona Azərbaycanın itkin düşmüş şəxsləri haqqında kitabını təqdim etdiyini bildirib. Leqal Xəbər məlumat verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib. O qeyd edib ki,

12 baxış 3 dəq

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevməşhur fotoqraf Rza Deqatinin ona Azərbaycanın itkin düşmüş şəxsləri haqqında kitabını təqdim etdiyini bildirib.

Leqal Xəbər məlumat verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

O qeyd edib ki, Rza Deqatinin obyektivindən onilliklərdir yaxınlarının yolunu gözləyən minlərlə ailənin ağrısı dünya ictimaiyyətinə çatdırılır.

H.Hacıyevin sözlərinə görə, hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin işğaldan azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkarlanıb və insan qalıqlarının çıxarılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

"Ermənistan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır. 2020–2023-cü illərdə keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrinin təqdim edilməsi vacibdir. Uzunluğu 440 kilometrdən, dərinliyi isə 2 kilometrdən çox olan ərazidəki minalar mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olmaqda, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına mane olmaqda davam edir.

Bu, ilk növbədə, humanitar məsələdir. Məlumatların paylaşılması etimad quruculuğu, keçid ədaləti və regionda davamlı sülhə töhfə baxımından mühüm addım olardı.Ailələr yaxınlarının taleyini bilməyə layiqdirlər."

Xəbəri paylaş Dostlarınıza göndərin