LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı yaranan gərginlik fonunda sərhəddə yük maşınlarının hərəkəti faktiki olaraq dayanıb.
Məlumata görə, təxminən 100-ə yaxın yük maşını günlərdir Rusiya sərhəd-keçid məntəqələrində saxlanılıb və onların ölkəyə girişinə icazə verilmir. Sürücülər vəziyyətin sırf texniki yoxlamalarla izah edilmədiyini, bunun açıq şəkildə siyasi təzyiq xarakteri daşıdığını bildirirlər.
Onların sözlərinə görə, gözləmə müddətinin uzanması həm yük sahiblərinə ciddi zərər vurur, həm də ixrac zəncirini pozur. Sürücülər bu addımı seçki öncəsi Ermənistana yönəlmiş “siyasi siqnal” kimi qiymətləndirirlər.