Leqal xəbər məlumat verir ki, Milyarder Elon Muskın atası Errol Musk qalmaqallı açıqlama ilə gündəmə gəlib. O bildirib ki, maliyyəçi Jeffrey Epstein əslində ölməyib. “O, dəqiq sağdır… Buna şübhə yoxdur”, – deyə Errol Mask qeyd edib. Onun sözlərinə görə, Epşteynin həbsxanadakı ölümü ilə bağlı rəsmi versiya inandırıcı deyil və hadisə bir sıra suallar doğurur. Mask iddia edir ki, hadisə zamanı həbsxananın təhlükəsizlik kameralarının söndürülməsi və mühafizəçilərin nəzarətsizliyi şübhələri daha da artırır. Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi hadisə ilə bağlı açıqlamasında kameraların görüntülərində müəyyən vaxt boşluğu olduğunu, bunun isə texniki problemlə əlaqədar baş verdiyini bildirib. Rəsmi məlumata görə, Epşteyn 2019-cu ilin avqustunda saxlanıldığı həbsxanada huşsuz vəziyyətdə tapılıb və həyatını xilas etmək mümkün olmayıb. Buna baxmayaraq, səsləndirilən bu iddialar sosial mediada geniş müzakirələrə səbəb olub.
Epşteyn sağdır
Leqal xəbər məlumat verir ki, Milyarder Elon Muskın atası Errol Musk qalmaqallı açıqlama ilə gündəmə gəlib. O bildirib ki, maliyyəçi Jeffrey Epstein əslində ölməyib. “O, dəqiq sağdır… Buna şübhə yoxdur”, – deyə Errol Mask qeyd edib. Onun sözlərinə görə, Epşteynin həbsxanadakı ölümü ilə bağlı rəsmi
20 baxış
3 dəq
