Elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) bildirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilib.
Yeni qaydalara əsasən, fiziki şəxslər üçün nəzərdə tutulan illik 20 min manatlıq kumulyativ hədd ləğv ediləcək.
Dəyişikliyə əsasən, 20 min manat və ya daha çox məbləğdə həyata keçirilən hər bir elektron köçürmə ayrıca MMX-yə təqdim ediləcək.
Bununla yanaşı, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin hesabları üzrə ay ərzində elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdə, həmin ay ərzində həyata keçirilən növbəti köçürmələr də MMX-yə təqdim olunacaq.
Beləliklə, əvvəl nəzərdə tutulan illik 20 min manatlıq kumulyativ hədd aylıq 50 min manatlıq həddlə əvəzlənir. Bununla belə, 20 min manat və ya daha çox məbləğdə olan ayrıca elektron köçürmə məbləğ həddinə uyğun olaraq ayrıca hesabatlandırılacaq.
Yeni qaydaların qüvvəyə minmə tarixi də dəyişdirilib. Dəyişikliklər əvvəl nəzərdə tutulduğu kimi 1 oktyabr 2026-cı ildən deyil, 1 yanvar 2027-ci ildən tətbiq ediləcək.![]()