İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Ekspres marşrut xətlərində gündəlik 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 6 ekspres marşrutu təşkil edilib və vətəndaşlarının ixtiyarına verilib. Sərnişinlər yeni ekspres marşrutlardan fəal istifadə edirlər. Avtobusların iş qrafiki metro ilə

4 baxış 3 dəq

Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 6 ekspres marşrutu təşkil edilib və vətəndaşlarının ixtiyarına verilib. Sərnişinlər yeni ekspres marşrutlardan fəal istifadə edirlər. Avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb və marşrutlar saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.

Bu barədə Leqalxeber.az -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“M1 – Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında

M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında

M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında

M4 – Metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları arasında

M5 – Metronun “20 Yanvar” və “Gənclik” stansiyaları arasında

M6 – Metronun “Elmlər Akademiyası”, “Nizami”, “Gənclik” və “Koroğlu” stansiyaları arasında fəaliyyət göstərir.

Şaxələndirilmiş şəbəkə sayəsində sərnişinlərə tələbata uyğun olaraq alternativlər təqdim edilir. Vətəndaşlara səfərlərini planlayan zaman ekspres marşrutların imkanlarını düzgün qiymətləndirməyi və istiqamətlərini nəzərə almağı tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, sərnişinlər marşrutlar barədə məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər. 28 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb. Bununla da avtobuslararası interval azalıb və əlçatanlıq artıb. Ümumilikdə gücləndirmə aparılmış 34 marşrut xəttinə (28 müntəzəm + 6 ekspres) 140-dan çox əlavə avtobus cəlb olunub. Təkcə ekspres marşrut xətlərində gündəlik olaraq 95 nəqliyyat vasitəsilə 68 minədək sərnişin daşınır. Dəstəkləyici tədbirlər çərçivəsində xətlərə əlavə edilən avtobuslarla gün ərzində 475 min sərnişinə xidmət göstərilir. Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunur. Eyni zamanda, sərnişin axını təhlil edilir, tələbat nəzərə alınaraq operativ şəkildə avtobusların sayı tənzimlənir, daşıyıcılar tərəfindən xəttə əlavə avtobuslar buraxılır. 4 metro stansiyasının qarşısında vətəndaşlara dəstək məqsədilə nəqliyyat könüllüləri də cəlb olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin