İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

DÜNYADA İLK: HƏBSXANALARIN MÜHAFİZƏSİNƏ TİMSAHLAR CƏLB EDİLİR

İsraildə həbsxanaların təhlükəsizliyinin gücləndirilməsi məqsədilə onların ətrafındakı xəndəklərdə timsahlardan istifadə edilməsi təklif olunub. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə The Jerusalem Post nəşri məlumat yayıb. Məlumata görə, ölkənin ətraf mühitin mühafizəsi naziri İdit Silman Nil

6 baxış 3 dəq

İsraildə həbsxanaların təhlükəsizliyinin gücləndirilməsi məqsədilə onların ətrafındakı xəndəklərdə timsahlardan istifadə edilməsi təklif olunub.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə The Jerusalem Post nəşri məlumat yayıb.

Məlumata görə, ölkənin ətraf mühitin mühafizəsi naziri İdit Silman Nil timsahlarının hüquqi statusunu dəyişdirərək onları "becərilən vəhşi heyvanlar" kateqoriyasına daxil edib. Bu addım Milli Həbsxana Xidmətinə sürünənlərdən təhlükəsizlik məqsədilə istifadə etmək imkanı yaratmağı hədəfləyir.

Təşəbbüs İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdən gəlib. O, xüsusilə yüksək təhlükəsizlik rejimli məhbusların saxlanıldığı həbsxanaların ətrafındakı xəndəklərə timsahların yerləşdirilməsini təklif edib. Pilot layihənin Ketziot həbsxanasında həyata keçirilməsi planlaşdırılır.

Lakin İsrailin Təbiət və Parklar İdarəsi bu ideyaya etiraz edib. Qurum bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, vəhşi heyvanlar yalnız təhsil, elmi tədqiqat və maarifləndirmə məqsədilə saxlanıla bilər, təhlükəsizlik məqsədilə isə istifadə oluna bilməz.

Bununla əlaqədar nazir İdit Silman kommersiya məqsədilə timsah yetişdirilməsinə icazə verən əvvəlki qaydanın bərpasını və təhlükəsizlik məqsədilə saxlanılan heyvanlar üçün ayrıca hüquqi kateqoriyanın yaradılmasını təklif edib.

Nazirliyin hüquq müşaviri Neta Drori isə hesab edir ki, belə dəyişiklik yalnız geniş qanunvericilik islahatı ilə mümkün ola bilər. O, həmçinin qeyd edib ki, müasir dövrdə həbsxanaların qorunması üçün timsahlardan istifadəyə dair dünyada təsdiqlənmiş presedent yoxdur.

Rəsmilər əlavə ediblər ki, həbsxana əməkdaşlarının təhlükəli yırtıcılarla işləmək təcrübəsi yoxdur və bu cür layihə əlavə təhlükəsizlik riskləri yarada bilər.

Məsələnin yaxın vaxtlarda İsrailin Təbiət və Parklar İdarəsinin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.

Xəbəri paylaş Dostlarınıza göndərin