Minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov karyerasını "Zirə" klubunda davam etdirəcək.
LEQAL XƏBƏR xəbər verir ki, təcrübəli qapıçı bu barədə məlumatı özü açıqlayıb.
Vəli Qafarov bildirib ki, "Zirə" ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, qapıçı son olaraq "Birbaşa" klubunun formasını geyinib. O, Azərbaycan millisinin heyətində həm dünya, həm də Avropa çempionu adını qazanıb.![]()