Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb.
leqalxeber.az -ın verdiyi melumata əsasən, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Belə ki, saat 20:20-də 17.09.1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirilib və ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub. Müvafiq tibbi yardım göstərilib.
Saat 20:40-da 29.01.1987-ci il təvəllüdlü qadın isə güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Tibbi müayinə zamanı ona sol əlin 3-4-cü barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub. Müvafiq tibbi yardım göstərilib.
Müraciət edənlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.![]()