ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısını alıb. DSX-nin yaydığı məlumata görə, sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində müxtəlif növ narkotik vasitələr və psixotrop həblər aşkarlanaraq götürülüb.
Məlumata əsasən, əməliyyat “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində həyata keçirilib. Aşkarlanan narkotiklər arasında heroin, metamfetamin, marixuana, tiryək və metadon həblərinin olduğu bildirilib.