İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

“DƏRNƏGÜL” ELEKTRİK DEPOSU QİSMƏN İSTİSMARA VERİLDİ

Məlumata görə, layihə 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun həyata keçirilir. Deponun tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas tikinti işlərinə 2025-ci ilin aprelində başlanılıb. Yeni depo Yaşıl xəttə müstəqil xidmət göstərəcək. Burada qatarların təmir-baxışı, texniki qulluğu,

6 baxış 3 dəq

Məlumata görə, layihə 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun həyata keçirilir. Deponun tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas tikinti işlərinə 2025-ci ilin aprelində başlanılıb.

Yeni depo Yaşıl xəttə müstəqil xidmət göstərəcək. Burada qatarların təmir-baxışı, texniki qulluğu, gecələməsi və digər proseslərin həyata keçirilməsi üçün şərait yaradılıb. Bu, əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun işini də əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.

Layihənin II mərhələsi çərçivəsində 16,5 hektar ərazidə 16 xidmət obyektinin yaradılması nəzərdə tutulub. Depo ilə Yaşıl xətti birləşdirən 2,1 kilometrlik tuneldə 2 017 metr yol çəkilib.

Qatarların gecələməsi, baxışı və təmiri üçün nəzərdə tutulan korpusun əsas tikinti işləri də tamamlanıb. Həmçinin mühəndis-kommunikasiya sistemləri, elektrik və telekommunikasiya xətləri, təhlükəsizlik və hərəkətin idarə olunması sistemləri quraşdırılıb.

Depoda 5 mərtəbəli dispetçer idarəetmə mərkəzi də inşa edilib. Burada hərəkətin təşkili, yanğın təhlükəsizliyi və videomüşahidə sistemləri yerləşdiriləcək.

Hazırda depoda yerüstü stansiyanın tikintisi də davam etdirilir. Əsas bina və platformanın dəmir-beton işləri tamamlanıb.

Qeyd edək ki, “Dərnəgül” elektrik deposunun tikintisi 3 mərhələdə həyata keçirilir. II mərhələnin başa çatdırılması Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin reallaşdırılmasına imkan yaradır.

Depoda III mərhələ üzrə işlərin davam etdirilməsi, tikinti prosesinin və yerüstü stansiyanın isə 2028-ci ildə tam başa çatdırılması planlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin