İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"Döyüş 2" filminin rejissoru Maykl Mann güllə yarası aldı

Amerikalı rejissor Maykl Mann Los-Ancelesdəki atıcılıq poliqonunda olarkən ehtiyatsızlıqdan öz ayağından güllə yarası alıb. Leqal Xəbər TMZ-yə istinadən məlumat verir ki, 83 yaşlı rejissor təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Nəşrin mənbəsinin məlumatına görə, Mann silahı qobura

14 baxış 3 dəq

Amerikalı rejissor Maykl Mann Los-Ancelesdəki atıcılıq poliqonunda olarkən ehtiyatsızlıqdan öz ayağından güllə yarası alıb.

Leqal Xəbər TMZ-yə istinadən məlumat verir ki, 83 yaşlı rejissor təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Nəşrin mənbəsinin məlumatına görə, Mann silahı qobura qoymağa çalışarkən təsadüfən atəş açılıb və güllə onun ayağına dəyib.

Los-Anceles polisi atəşin təlim məşqi zamanı təsadüfən açıldığını təsdiqləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin zərərçəkənin özünə xəsarət yetirmək niyyətində olmadığını və xəstəxanaya stabil vəziyyətdə çatdırıldığını bildiriblər.

Rejissorun nümayəndəsi daha sonra Mannın yüngül xəsarət aldığını açıqlayıb. Ona lazımi tibbi yardım göstərilib və xəstəxanadan evə buraxılıb.

Maykl Mann "Döyüş", "Oğru", "İnsan ovçusu", "Şərik" və "Öz adamı" kimi kriminal dram filmlərinin rejissoru kimi tanınır. Onun son tammetrajlı filmi 2023-cü ildə Adam Drayver və Penelopa Kruzun iştirakı ilə ekranlara çıxan "Ferrari" olub.

Hazırda rejissor Al Paçino və Robert De Nironun rol aldığı 1995-ci il istehsalı "Döyüş" filminin davamı və hadisələrdən əvvəlki dövrü əhatə edən "Döyüş 2" filmi üzərində işləyir.

Xəbəri paylaş Dostlarınıza göndərin