İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

DÖVLƏT SƏRHƏDDİNİ POZAN 20 NƏFƏR SAXLANILDI

DÖVLƏT SƏRHƏDDİNİ POZAN 20 NƏFƏR SAXLANILDI LEQAL XƏBƏR məlumat verir ki, Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin sentyabr ayı ərzində dövlət sərhədini pozduqlarına görə 20 nəfər saxlanılıb. Bu barədə DSX-dən məlumat verilib. Məlumata görə, saxlanılanlardan 6-sı Pakistan, 4-ü

9 baxış 3 dəq
DÖVLƏT SƏRHƏDDİNİ POZAN 20 NƏFƏR SAXLANILDI
LEQAL XƏBƏR məlumat verir ki, Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin sentyabr ayı ərzində dövlət sərhədini pozduqlarına görə 20 nəfər saxlanılıb.
Bu barədə DSX-dən məlumat verilib.
Məlumata görə, saxlanılanlardan 6-sı Pakistan, 4-ü Azərbaycan, 4-ü İran, 2-si Şri-Lanka, 1-i Əfqanıstan, 1-i Belarus, 1-i Gürcüstan və 1-i Türkiyə vətəndaşı olub.
Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, eləcə də özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 10 nəfər saxlanılıb.
Sərhəd rejimi qaydalarını pozduqlarına görə 38 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 324 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.
Bundan başqa, ölkədən çıxışı qadağan edilmiş 855 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 54 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 593 kiloqram 439 qram narkotik vasitə və 11 504 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlardan 296 kiloqram 178 qram narkotik vasitənin müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin