İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Dövlət qurumundan saxta iş elanları barədə XƏBƏRDARLIQ

LEQAL XƏBƏR məlumat verir ki, sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumat və sənədlər yayılır. Səhiyyə Nazirliyindən bildirilib ki, yayılan məlumatlarda guya AEM-in “Sandoz Pharma Departamenti”

12 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumat və sənədlər yayılır.

Səhiyyə Nazirliyindən bildirilib ki, yayılan məlumatlarda guya AEM-in “Sandoz Pharma Departamenti” ilə birgə fəaliyyət göstərdiyi, “barkodçu” vəzifəsinə işçi qəbul etdiyi və namizədlərin məlumatlarının Mərkəzin daxili reyestrində qeydiyyata alındığı iddia olunur.

AEM bu məlumatların həqiqəti əks etdirmədiyini və tamamilə saxta olduğunu açıqlayıb. Bildirilib ki, saxta sənəddə adı “Analitik Ekspertiza Mərkəzi “Sandoz Pharma” Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov” kimi göstərilən şəxs AEM-də çalışmır.

Bundan əlavə, sənədin avqustun 2-də yayılmasına baxmayaraq üzərində “03.08.2026” tarixinin qeyd olunması da onun saxta olduğunu göstərən faktlardan biri kimi təqdim edilib.

Məlumata görə, işə qəbul adı altında vətəndaşlarla əlaqə saxlayan şəxs özünü “Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən “Sandoz Pharma” şirkətinin İnsan resursları üzrə baş koordinatoru Fariz Heydərov” kimi təqdim edir və vətəndaşlardan guya “müqavilə rekvizitlərinin rüsumu” adı ilə bank hesabına pul köçürmələrini tələb edir.

AEM vurğulayıb ki, onun tabeliyində “Sandoz Pharma” adlı şirkət fəaliyyət göstərmir. Ümumiyyətlə, Mərkəzin tabeliyində heç bir özəl şirkət yoxdur.

Bildirilib ki, AEM bu ad altında işə qəbul həyata keçirmir və işə qəbul zamanı vətəndaşlardan hər hansı ödəniş tələb olunmur. Həmçinin sosial şəbəkələrdə yayılan “barkodçu” vəzifəsi ilə bağlı elanlar da saxtadır. AEM dərman vasitələrinə xətti barkod (GTIN/EAN) vermir.

Mərkəz vətəndaşlara müraciət edərək işə qəbul və digər rəsmi prosedurlarla bağlı yalnız AEM-in rəsmi mənbələrində yayılan məlumatlara etibar etməyə çağırıb. Naməlum şəxslərin göndərdiyi sənədlərə və ödəniş tələblərinə inanmamaq, şəxsi məlumatları və pul vəsaitlərini üçüncü şəxslərə təqdim etməmək tövsiyə olunub.

Qeyd olunub ki, məsələ ilə bağlı AEM tərəfindən aidiyyəti dövlət qurumlarına müraciət ediləcək və qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.

AEM xatırladıb ki, rəsmi işə qəbul elanları yalnız Mərkəzin rəsmi internet səhifəsində və rəsmi sosial media hesablarında dərc olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin