İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Dövlət Neft Fondunun aktivləri açıqlandı

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 72.6 milyard ABŞ dolları və ya 123 milyard manat təşkil edib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilib ki, vəsaitlərin idarə olunması fəaliyyətindən əldə edilən gəlirlər 3.6 milyard manat təşkil edib. Hesabat

8 baxış 3 dəq

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 72.6 milyard ABŞ dolları və ya 123 milyard manat təşkil edib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Bildirilib ki, vəsaitlərin idarə olunması fəaliyyətindən əldə edilən gəlirlər 3.6 milyard manat təşkil edib.

Hesabat dövründə neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından əldə olunan gəlirlər isə 4.9 milyard manat olub.

ARDNF tərəfindən dövlət büdcəsinə 6.4 milyard manat vəsait köçürülüb.

Məlumata görə, fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat) olduğu halda, 30 iyun 2026-cı il tarixinə 72 milyard 596 milyon ABŞ dollarına (123 milyard 414 milyon manat) enib.

2026-cı ilin yanvar-iyun aylarında ARDNF-nin ümumi gəlirləri 8 milyard 531.3 milyon manat təşkil edib. Bu məbləğin 4 milyard 953.4 milyon manatı neft-qaz gəlirlərinin, 3 milyard 577.9 milyon manatı isə vəsaitlərin idarə olunmasından əldə olunan gəlirlərin payına düşüb. Hesabat dövründə fondun büdcə xərcləri 6 milyard 449.7 milyon manat olub.

ARDNF-nin neft və qaz sazişləri üzrə gəlirləri 4 milyard 953.4 milyon manat təşkil edib. Bunun 4 milyard 947.6 milyon manatı mənfəət nefti və qazın satışından, 0.9 milyon manatı bonus və tranzit ödənişlərindən, 4.9 milyon manatı isə akrhesabı ödənişlərindən formalaşıb.

Hesabatda qeyd olunub ki, bu dövrdə "Azəri-Çıraq-Günəşli" yatağından fonda 4 milyard 374.9 milyon manat, "Şahdəniz" yatağından qaz və kondensat satışından isə 437.1 milyon manat daxil olub.

Xəbəri paylaş Dostlarınıza göndərin