İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

DÖRD İL OTAQDA QAPALI SAXLANILAN 16 UŞAQ XİLAS EDİLDİ

ABŞ-nin Ohayo ştatında qəzalı vəziyyətdə olan evdən dörd il ərzində ağır şəraitdə saxlanılan 16 uşaq xilas edilib. LEQAL XƏBƏR verir ki, yerli rəsmilərin məlumatına əsasən, yaşı 1,5 ilə 18 arasında dəyişən uşaqlar uzun müddət antisanitar vəziyyətdə olan, insan nəcisi ilə dolu bir otaqda yaşamağa

7 baxış 3 dəq
ABŞ-nin Ohayo ştatında qəzalı vəziyyətdə olan evdən dörd il ərzində ağır şəraitdə saxlanılan 16 uşaq xilas edilib.
LEQAL XƏBƏR verir ki, yerli rəsmilərin məlumatına əsasən, yaşı 1,5 ilə 18 arasında dəyişən uşaqlar uzun müddət antisanitar vəziyyətdə olan, insan nəcisi ilə dolu bir otaqda yaşamağa məcbur ediliblər. Onlardan bəzilərinin nitq qabiliyyətinin formalaşmadığı bildirilib.
Uşaqlar Hamden kəndində başqa bir cinayət işi üzrə keçirilən axtarış zamanı aşkarlanıblar. Xilas edilənlərdən yeddisi xəstəxanaya yerləşdirilib, iki nəfər helikopterlə travmatologiya şöbəsinə aparılıb. Bir uşağın vəziyyətinin ağır olduğu və süni tənəffüs aparatına qoşulduğu qeyd olunub.
Hadisə ilə bağlı uşaqların valideynləri və iki nənəsi azyaşlıların həyat və sağlamlığını təhlükəyə atmaq ittihamı ilə həbs ediliblər. Onların hər biri üçün 300 min dollar girov təyin olunub.
İstintaqın məlumatına görə, ailə son 20 il ərzində müxtəlif yaşayış məntəqələrinə köçərək rəsmi qeydiyyatdan və tibbi nəzarətdən yayınıb. Uşaqlar məktəbə göndərilməyib və onların mövcudluğu barədə kənar şəxslərin məlumatı olmayıb.
Hazırda hüquq-mühafizə orqanları xilas edilən bütün uşaqların müvəqqəti qəyyumluğunun təmin olunması istiqamətində tədbirlər görür.
Xəbəri paylaş Dostlarınıza göndərin