ABŞ və İran arasında dolayı danışıqlar Qətərin paytaxtı Dohada davam edir.
LEQAL XƏBƏR verir ki, Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən texniki danışıqlarda tərəflər ayrı-ayrılıqda vasitəçilərlə görüşlər keçirirlər.
Məlumata görə, İran nümayəndə heyəti Pakistan, ABŞ nümayəndə heyəti isə Qətər vasitəçiləri ilə müzakirələr aparır.
Bildirilir ki, danışıqlarda əsas müzakirə mövzuları İranın dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi və Hörmüz boğazı ilə bağlı məsələlər olub.