LEQAL XƏBƏR verir ki, həkimlər çimərlik mövsümündə günvurma və Günəşin zərərli təsirlərindən qorunmaq üçün dənizə müəyyən saatlarda getməyi tövsiyə edirlər.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevin sözlərinə görə, dənizə getmək üçün ən təhlükəsiz vaxt səhər saat 08:00-11:00, axşam isə 16:00-19:00 aralığıdır.
Bildirilib ki, 11:00-16:00 saatları arasında ultrabənövşəyi (UV) şüalarının təsiri ən yüksək səviyyədə olur. Bu səbəbdən həmin vaxt açıq havada uzun müddət qalmaq günvurma, Günəş yanığı və dəri zədələnmələri riskini artırır.
Mütəxəssis çimərlikdə kölgədə dincəlməyi, bol maye qəbul etməyi, açıq rəngli və yüngül geyimlərdən istifadə etməyi, həmçinin enli papaq, UV qoruyuculu gün eynəyi və ən azı SPF 30 qoruyucu krem çəkməyi tövsiyə edib.