LEQAL XƏBƏR verir ki, bu barədə Reuters agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hotelin yaxınlığında bir neçə partlayıcı qurğu işə düşüb. Partlayışlardan sonra yollar bağlanıb və ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Agentliyin hadisə yerində olan müxbiri partlayış səslərinin eşidildiyini və ərazidən tüstü qalxdığını bildirib.
Qeyd edək ki, Emmanuel Makron Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra Dəməşqə səfər edən Avropa İttifaqının ilk yüksək səviyyəli nümayəndəsidir.![]()