İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Diqqət! Yol polisi adından saxta mesajlar gələ bilər, aldanmayın

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Leqal Xəbər MKA-nin yaydığı məlumatı paylaşır. Məlumata görə, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət

11 baxış 3 dəq

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.

Leqal Xəbər MKA-nin yaydığı məlumatı paylaşır.

Məlumata görə, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri "ASAN Pay" elektron ödəniş portalının vizual olaraq eynilə təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir.

Saxta səhifədə ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqi olmayan məlumatlar təqdim edilir. Cərimənin ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodu tələb olunur. Bu məlumatların təqdim edilməsi nəticəsində vətəndaşların bank hesablarındakı vəsaitlər mənimsənilə bilər.

Agentlik vətəndaşları bu cür fişinq cəhdlərinə qarşı diqqətli olmağa və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırır:

- Dövlət qurumları və rəsmi xidmətlər ödəniş və ya cərimə bildirişlərini xarici nömrələrdən (məsələn, müxtəlif ölkə kodları olan beynəlxalq nömrələrdən) göndərmir.

- SMS və mesencerlər vasitəsilə göndərilən naməlum keçidlərə daxil olmayın.

- Məlumat daxil etməzdən əvvəl veb-səhifənin domen adının rəsmi mənbəyə aid olduğunu yoxlayın.

- Şübhəli səhifələrdə bank kartı məlumatlarını və birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.

- Cərimə və yol hərəkəti qayda pozuntuları barədə məlumatları yalnız rəsmi dövlət resursları və "ASAN Pay" xidmətinin rəsmi kanalları (asanpay.az) vasitəsilə yoxlayın.

- Bank kartı məlumatlarınızı saxta səhifədə daxil etdiyiniz halda dərhal bankınızla əlaqə saxlayaraq kartı bloklayın və hüquq-mühafizə orqanlarına məlumat verin.

Xəbəri paylaş Dostlarınıza göndərin