Təhsilalanların yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində yol polisi tərəfindən həyata keçirilən tədbirlər yeni tədris ilinin başlanması ilə əlaqədar daha geniş vüsət alıb.
Respublika üzrə bütün təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib, nəqliyyatın və piyadaların rahat və təhlükəsiz hərəkəti diqqətdə saxlanılıb. Nizamlanma vasitələrinin monitorinqi aparılmaqla, zəruri tədbirlər görülüb. Eyni zamanda, təhsil ocaqlarında maarifləndirici görüşlər təşkil olunub, təhsilalanlara piyada keçidlərindən düzgün istifadə, svetoforun tələblərinə əməl etmək, yolu keçərkən diqqətli olmaq və digər mühüm təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib.