İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Diqqət! Saxta reklam portalları aşkarlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) süni intellekt xidmətlərinin adından istifadə etməklə istifadəçilərin hesab məlumatlarını ələ keçirməyə yönəlmiş yeni fişinq kampaniyası barədə xəbərdarlıq edib. Leqal XəbərReport -a istinadən məlumat verir ki,

10 baxış 3 dəq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) süni intellekt xidmətlərinin adından istifadə etməklə istifadəçilərin hesab məlumatlarını ələ keçirməyə yönəlmiş yeni fişinq kampaniyası barədə xəbərdarlıq edib.

Leqal XəbərReport -a istinadən məlumat verir ki, agentlik bəyan edib ki, kampaniya çərçivəsində ChatGPT, Gemini, Claude, Perplexity, Meta Muse və Manus kimi tanınmış süni intellekt xidmətlərinin adından saxta reklam portalları yaradılıb.

Həmin portallar istifadəçilərə reklam kampaniyalarının idarə edilməsi, reklam xərclərinin təhlili və biznes hesablarının xidmətlərə qoşulması kimi imkanlar təklif edir.

Əslində isə bu saytların əsas məqsədi istifadəçilərin giriş məlumatlarını və birdəfəlik təsdiq kodlarını ələ keçirməkdir. Hücum zamanı istifadəçilərə həqiqi giriş pəncərələrinə bənzəyən saxta interfeyslər təqdim olunur. Bu interfeyslər ayrıca brauzer pəncərəsi deyil, veb-səhifənin daxilində yaradılmış vizual elementlərdir. İstifadəçi həmin pəncərəyə istifadəçi adını və parolunu daxil etdikdə məlumatlar hücumçulara ötürülür. Daha sonra birdəfəlik təsdiq kodu tələb edilərək hesaba giriş imkanının əldə olunmasına cəhd göstərilir. Beləliklə, çoxfaktorlu autentifikasiyadan istifadə edilməsi belə, istifadəçinin aldadıldığı hallarda hesabın ələ keçirilməsinin qarşısını tam almaya bilər.

Araşdırma zamanı kampaniyanın reklam hesablarının idarəçiləri, media alıcıları və reklam agentliklərinin əməkdaşları kimi konkret peşə qruplarını hədəf aldığı müəyyənləşib. Bu hesabların ələ keçirilməsi maliyyə itkilərinə, icazəsiz reklamların yayımlanmasına və hesabların qanuni sahibləri üçün idarəetmə imkanlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Tədqiqatçılar eyni infrastrukturdan istifadə edən digər fişinq istiqamətlərini də müəyyənləşdiriblər. Bunlara Google Ads adından vəsaitin geri qaytarılmasını vəd edən saxta saytlar, eləcə də müxtəlif şirkətlərin adından yaradılmış saxta işə qəbul səhifələri daxildir. Müşahidələr kampaniyanın yayılmasında ödənişli internet reklamlarından da istifadə olunduğunu göstərir.

MKA istifadəçiləri aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:

- Süni intellekt xidmətlərini və digər rəqəmsal alətləri biznes hesablarına yalnız rəsmi saytlar və etibarlı inteqrasiya kanalları vasitəsilə qoşun.

- Giriş pəncərəsinin daxilində göstərilən ünvana deyil, brauzerin öz ünvan sətrinə diqqət yetirin.

- Şübhəli məktublardakı keçidlərə daxil olmayın və tanınmış şirkətlərin adından göndərilən dəvətləri yoxlamadan qəbul etməyin.

- Birdəfəlik təsdiq kodlarını yalnız özünüz başladığınız giriş əməliyyatı zamanı daxil edin və heç kimlə paylaşmayın.

"Bununla yanaşı, əgər giriş məlumatlarınızın fişinq səhifəsinə daxil edildiyindən şübhələnirsinizsə, dərhal parolunuzu dəyişin, aktiv sessiyaları dayandırın və hesabın administrator siyahısını yoxlayın. Həmçinin hesabdakı icazələri, ödəniş məlumatlarını və son əməliyyatları nəzərdən keçirin", - deyə müraciətdə qeyd olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin