İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Diqqət! Nəqliyyat vasitələrinin texniki sazlığı yoxlanılır

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir! Leqal Xəbər məlumat verir ki, respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin

9 baxış 3 dəq

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir!

Leqal Xəbər məlumat verir ki, respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin azaldılması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Keçirilən tədbirlər zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə atmosferə atılan zərərli maddələrin miqdarına nəzarət olunur, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılır, aşkar edilən nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edərək bildirir ki, nəqliyyat vasitələrinin texniki sazlığı yalnız yol hərəkəti təhlükəsizliyi baxımından deyil, həm də ətraf mühitin qorunması və insanların sağlamlığının mühafizəsi üçün mühüm əhəmiyyət daşıyır.

Unutmayaq ki, təmiz hava sağlam həyatın, ekoloji məsuliyyət isə yüksək yol mədəniyyətinin göstəricisidir.

Xəbəri paylaş Dostlarınıza göndərin